EN

Suriya İranın Azərbaycana endirdiyi zərbələri pislədi

Suriya Xarici İşlər Nazirliyi (XİN) İranın Azərbaycana endirdiyi zərbələri pisləyib.

Publika.az xəbər verir ki, bu barədə Suriya XİN sosial şəbəkələrdə məlumat yayıb.

"Suriya XİN İranın ballistik raketlər və dronlardan istifadə edərək Türkiyə və Azərbaycana zərbə endirmək cəhdini qətiyyətlə pislədiyini bəyan edir. Bu hərəkətlər dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır, regional və beynəlxalq təhlükəsizlik, sabitliyə təhdid yaradır", - məlumatda bildirilib.

Vurğulanıb ki, Suriya mülki şəxslərə və infrastruktura qarşı yönəlmiş zorakılıq və eskalasiyanı qəbul etmir, Türkiyə və Azərbaycanla tam həmrəyliyini ifadə edir və beynəlxalq ictimaiyyəti regionda sülh və təhlükəsizliyin təmin edilməsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır.

Chosen
60
6
publika.az

9Sources