EN

Müttəhim SEPAH ı hədəf göstərdi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-də aralarında Prezident Donald Trampın da olduğu bir neçə siyasətçiyə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunan pakistanlı müttəhim Asif Merçant, planın İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslər tərəfindən hazırlandığını irəli sürüb.

"Cebheinfo.az"-ın "Washington Post" qəzetinə istinadən xəbərinə görə, Nyu-Yorkun Bruklin bölgəsindəki federal məhkəmədə terror və muzdlu qatil tutma ittihamları ilə mühakimə olunan Merçant, məhkəmədəki ifadəsində ABŞ siyasətçilərini hədəf alan sui-qəsd planını hazırlamaq üçün İran İnqilab Keşikçiləri ilə əlaqəli şəxslərlə birlikdə işlədiyini bildirib.

İrandakı ailəsinin təhlükəsizliyi üçün plana qatılmaq məcburiyyətində qaldığını müdafiə edən Merçant ona verilən tapşırığın muzdlu qatillərin tapılmasını, bəzi sənədlərin ələ keçirilməsini və etiraz aksiyalarının təşkil edilməsini əhatə etdiyini qeyd edib.

Merçant onunla əlaqə saxlayan şəxslərin hədəf olaraq Tramp, sabiq ABŞ prezidenti Co Bayden və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin adlarını verdiklərini ifadə edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
54
1
cebheinfo.az

2Sources