EN

Kürdlər İrandakı münaqişənin gedişini dəyişə bilərmi?

Molla rejimin devirilməsi üçün ABŞ və İsrail İrana quru qoşunları yeritməlidir. Bu isə olduqca təhlükəlidir. Bu çox böyük itkilərə səbəb ola bilər. İran nə Venesueladır nə də İraq. İranda kminsə öldürülməsi məsələni həll etməyəcək.

Bunu News365.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspret İlham İsmayıl deyib. Ekspert bildirib ki, İranın potensialı böyükdür. İslam Respublikası 47 ildir mövcuddur. Bütün mövcudluğu dövründə də bu müharibəyə hazırlaşıb:

“İndiki halda İran üçün gərginliyi artıran ikinci bir faktor var. Düzdür çox böyük miqyasda bir təhlükə hələki yoxdur. Amma artıq hər şey başlayıb və bunun ardı gələ bilər. Bu təhlükə İraq istiqamətindəki silahlı kürd qruplaşmalarının İrana qarşı istifadə edilməsdir. Kiçik bir hissə İran ərazisinə daxil olub. Müəyyən bir kütlə isə artıq daxildə idi. Belə qruplaşmalar ayrı-ayrılıqda güclü deyilər. Bəzilərinin sayı, bəzilərinin sursatı azdır. Bir müddət əvvəl kürd qruplaşmaları birləşəcəylərini açıqladılar. Onlar birləşməsi İran üçün çox böyük problemlər yarada bilərlər. Və bu təkcə İran üçün yox regionun bir çox ölkəsi üçündə təhlükə yarada bilər”.

Chosen
19
news365.az

1Sources