EN

“Kürdlər heç bir münaqişənin tərəfi olmamalıdır” Neçirvan Bərzani

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Kürdlər bölgədə heç bir hərbi qarşıdurmanın tərkib hissəsinə çevrilməməlidir.

Yeniavaz.com xəbər verir ki, bunu İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani sosial şəbəkə hesabında yazıb.

O, bu açıqlamanı İran ordusunun İraqın şimalında yerləşən iranlı kürd müxalif qruplarının qərargahını hədəfə aldığını bildirməsindən sonra verib.

Bərzani vurğulayıb ki, Kürdüstan regionda sabitlik və sülhün qorunmasına sadiqdir və hər hansı yeni münaqişənin iştirakçısına çevrilmək niyyətində deyil.

Məlumatlara görə, İraq ərazisində yerləşən bəzi iranlı kürd müxalif qruplarının İrana qarşı sərhədyanı hərbi əməliyyata hazırlaşdığı iddia olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
yeniavaz.com

1Sources