EN

Artetanın ayrılacağı barədə şayiələr yayılıb

İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Mikel Artetanın mövsümün sonunda London klubunu tərk edə biləcəyi ilə bağlı iddialar var.

İdman.Biz xəbər verir ki, mütəxəssis Premyer Liqa və UEFA Çempionlar Liqası titullarını qazanacağı təqdirdə, bunu klubdakı layihəsinin zirvəsi hesab edəcək. Məhz bu nailiyyətlərdən sonra onun yeni bir macəraya atılmaq üçün ən doğru zamanın gəldiyinə inandığı bildirilir.

Hazırda “Arsenal” Premyer Liqada turnir cədvəlinə başçılıq edir və Çempionlar Liqasında mübarizəni davam etdirir. Artetanın bu iki mühüm kuboku muzeyə aparmaq hədəfi onu karyerasında növbəti pilləyə daşıya bilər.

Digər tərəfdən, Madrid “Real”ının ispaniyalı mütəxəssisin vəziyyətini yaxından izlədiyi vurğulanır. “Kral Klubu”nun Artetanı gələcəkdə komandanın sükanı arxasında görmək istəyən namizədlər siyahısına daxil etdiyi iddia olunur.

Qeyd edək ki, Artetanın “topçular”la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, bu cür möhtəşəm uğurdan sonra tərəflərin yollarını ayırması ehtimalı gündəmdədir.

İdman.Biz
Chosen
15
1
idman.biz

2Sources