EN

Rəsmi Tehrandan Naxçıvana dron hücumu barədə AÇIQLAMA

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır”

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib. AYNA.AZ xəbər verir ki, XİN rəsmisi Azərbaycanın “AnewZ” kanalına açıqlamasında deyib ki, bu hadisə mütləq araşdırılmalıdır.

Nazir müavini qeyd edib ki, İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır: “Məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
ayna.az

1Sources