Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda sağlam həyat tərzinə maraq artır: getdikcə daha çox insan qaçışla məşğul olur, fitnes klublarına gedir, Bakıda və bölgələrdə keçirilən kütləvi qaçışlarda və idman tədbirlərində iştirak edirlər. Bununla yanaşı ağıllı saatların, fitnes qolbaqlarının, ağıllı tərəzilərin və aktivliyin monitorinqi üçün mobil tətbiqlərin istifadəsi də artır.
Bizimyol.info Kaspersky şirkətinə istinadən xəbər verir ki, internetə qoşulmuş bu cür cihazlar kiber risk mənbəyinə çevrilə bilər.
Hansı məlumatlar təhllükə altındadır?
İdman cihazları geniş çeşiddə məlumat toplayır:
ad, yaş və digər şəxsi məlumatlar;coğrafi yerləşmə və qaçış marşrutları haqqında məlumatlar;sağlamlıq məlumatları;cihazın texniki məlumatları.
Cihaz müdaxiləyə məruz qaldıqda bu məlumatlar təcavüzkarar tərəfindən fişinq hücumları, saxta zənglər, digər hesabları sındırmaq cəhdləri və ya hətta sosial mühəndislik üçün istifadə edilə bilər.
İdman marşrutlarını ictimaiyyətə açıq şəkildə paylaşmaq xüsusilə təhlükəlidir, çünki onların əsasında istifadəçinin vərdişləri və müntəzəm getdiyi yerlər müəyyən edilə bilər.
Məlumatlarınızı necə qorumalı
Mütəxəssislər Azərbaycandakı istifadəçilərə aşağıdakıları tövsiyə edirlər:
fitness tətbiqlərinə verilən icazələri yoxlamaq;lazım olmayan yerlərdə geolokasiyanı deaktiv etmək;aktivliyin avtomatik paylaşılması üçün fitness tətbiqlərini sosial media hesablarına bağlamamaq;ikifaktorlu identifikasiyadan istifadə etmək;proqram təminatını müntəzəm qaydada yeniləmək;smartfonlarda və digər cihazlarda etibarlı təhlükəsizlik həlləri quraşdırmaq.
"İstifadəçilərə fitness tətbiqlərində hansı icazələrin aktiv olduğunu müntəzəm olaraq yoxlamaq, lazımsız geolokasiya girişini deaktiv etmək və ikifaktorlu identifikasiyadan istifadə etmək tövsiyə olunur. Sadə tədbirlər məlumat sızması riskini əhəmiyyətli dərəcədə azaldır. Məsələ ağıllı cihazlardan istifadə edib-etməməyimizdə deyil, onların parametrlərinə nə dərəcədə diqqətli yanaşmağımızdadır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.