Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fars körfəzinin Küveyt sahillərinə yaxın ərazisindəki tankerdə baş verən partlayış nəticəsində neft sızması baş verib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, “Sonangol Namibe” tankerinin gövdəsi İraqın Xor əl-Zubayr limanı yaxınlığında partlayış nəticəsində zədələnib. Tanker həmin vaxt terminala yaxınlaşaraq 80 min ton İraq yanacağı yükləməyə hazırlaşırdı.Küveyt Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, hadisə ölkənin ərazi sularından kənarda, Mübarək əl-Kabir limanından 60 km-dən çox məsafədə baş verib.Partlayış gecə saatlarında naməlum kiçik bir qayığın gəmiyə yaxınlaşmasından sonra baş verib. Kapitan partlayışı və suya sızan nefti müşahidə edib. Onun sözlərinə görə, partlayış tankerin sol tərəfində baş verib və gəmi hadisə yerindən uzaqlaşıb. Ekipajın sözlərinə görə, sol hissə zədələnən gəmiyə su daxil olsa da, yüksüz halda hələ də üzür. “Sonangol Namibe” tankeri “Baham adaları” bayrağı altında fəaliyyət göstərir.Son 24 saat ərzində Fars Körfəzi, Osman Körfəzi və Hörmüz Boğazı ətrafında daha beş gəmi hücuma məruz qalıb:“Safeen Prestige” konteyner gəmisi Oman sahillərində atəşə tutulub, maşın hissəsində yanğın başlayıb.“MSC Grace” konteyner gəmisi Dubay yaxınlığında naməlum raketin hədəfi olub.“Gold Oak” balkeri (quru yükləri daşıyan gəmi) Fucayra (BƏƏ) yaxınlığında mərmi zərbəsi alıb, Libra Trader tankerində isə partlayış nəticəsində yüngül zədələr yaranıb.“Pelagia” balkerinin (Oman sahillərindən 220 km məsafədə) yaxınlığında partlayış baş verib.Bölgədə son günlər gəmilərə artan hücumlar ticarət yollarında təhlükəsizlik risklərini ciddi şəkildə artırır, həmçinin enerji nəqliyyatında gecikmələrə səbəb olur.Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.