“Liverpul” bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 120 milyon funt-sterlinq itirə bilər.
Msport.az xəbər verir ki, Avropa Kubokuna vəsiqə qazana bilməmək “mersisaydlılar”ın gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər.
Lakin klubun maliyyə vəziyyəti ötən yay transfer pəncərəsində xeyli xərclərə baxmayaraq sabit qalır.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla 6-cı yerdədir. Komanda Çempionlar Liqasında əsas mərhələsində üçüncü yeri tutub və 1/8 finalda “Qalatasaray”la qarşılaşacaq.