Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata əsasən, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır: "Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq".