EN

Naxçıvan aeroportunda daxili və xarici uçuşlar müvəqqəti dayandırılıb

Bakı. Trend:

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan BeynəlxalqHava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatlarımüvəqqəti olaraq dayandırılmışdır.

Bu barədə Trend-ə Naxçıvan Beynəlxalq Hava Limanının mətbuatxidmətindən məlumat verilib.

"Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir vəmüvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdimolunacaq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources