EN

Taremi ABŞ ilə İsrailə qarşı döyüşmək istəyir. Bəs Bakıdakı iranlılar?

Fevralın 28-dən ABŞ – İsrail koalisiyası İrana qarşı geniş çaplı müharibəyə başlayıb. Təbii ki, müharibə idmana, futbola da təsir edir. Avropada çıxış edən ən məşhur futbolçulardan biri Mehdi Taremi “Olimpiakos” rəhbərliyinə müraciət edərək müqaviləsinin ləğv olunmasını, İran ordusunun tərkibində döyüşmək üçün vətənə dönüşünə icazə verilməsini istəyib.

Azərbaycanda da İrandan olan iki futbolçu var - Höccət Haqverdi və Amir Ebrahimzadə. “Sumqayıt”ın müdafiəçisi Höccət möcvud vəziyyətlə bağlı danışmaq istəmədi. Onun “Sumqayıt” rəhbərliyinə oxşar müraciəti ilə bağlı da məlumat yoxdu...

“Şəfa”nın hücumçusu Amir Ebrahimzadə isə “Football-plus.az”ın zəngini açdı:

“Yaxşı vəziyyətdə deyiləm, danışmaq istəmirəm. Ailəm İrandadı. Bütün qohumlarım Təbrizdə yaşayır. İrana qayıtmaq? Bilmirəm, heç nə bilmirəm. Psixoloji vəziyyətim yaxşı deyil, sağ olun”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
36
1
football-plus.az

2Sources