
“Azərbaycanla sülh müqaviləsinin imzalanma tarixi məlum deyil”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
“Görünür, iqtisadi gündəm siyasi gündəmi üstələyir ki, bu da yaxşıdır, çünki siyasi gündəmlər iqtisadi gündəmlərə xidmət etmək üçün nəzərdə tutulub”, - deyə siyasətçi bildirib.
Paşinyan tezliklə malların təkcə Azərbaycandan Ermənistana deyil, həm də əksinə idxalına başlanacağına ümid etdiyini qeyd edib.
Daşqın HəsənovMissiya.Az