EN

“PSJ-dən ayrılmaq səhv olardı”

PSJ-nin yarımmüdafiəçisi Vitinya Madrid “Real”ının ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Canal 11" futbolçunun dediklərini belə çatdırıb.

“PSJ-dən ayrılmaq səhv olardı. Mən burada özümü çox yaxşı hiss edirəm. Bu klubu sevirəm və ailəm də buranı bəyənir. Hazırda “Real”a keçidin mənim üçün ən yaxşı qərar olacağını düşünmürəm. PSJ azarkeşlərinin məni qiymətləndirdiyini hiss edirəm və onların rəğbətini qazandığımı düşünürəm. Bizim fantastik komandamız və inanılmaz məşqçimiz var”

Qeyd edək ki, Vitinya bu mövsüm PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 37 oyunda iştirak edib. O, bu matçlarda 6 qol vurub və 10 məhsuldar ötürmə edib.

Futbolçunun Paris klubu ilə müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.

Chosen
11
90deqiqe.az

1Sources