EN

İran XİN-dən Naxçıvana hücumla bağlı RƏSMİ AÇIQLAMA

İran Xarici İşlər Nazirliyindən Naxçıvan Beynəlxalq Hava Limanı və yaxınlıqdakı ərazilərin dron hücumuna məruz qalması barədə açıqlama verilib.

“Yeni Sabah” xəbər verir ki, İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi dronların Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanına hücum etməsi ilə bağlı xəbərlərə cavab olaraq Azərbaycanın “AnewZ” telekanalına danışıb.

İran rəsmisi bildirib ki, hazırda Naxçıvan və Azərbaycanın müəyyən əraziləri ilə bağlı bəzi fikirlər səsləndirilsə də, rəsmi Tehran bu məsələyə ehtiyatlı yanaşır. Onun sözlərinə görə, mövcud vəziyyət və səsləndirilən məlumatlar tam dəqiqləşdirilməyib və bu barədə qəti mövqe bildirmək üçün daha çox informasiyaya ehtiyac var.

Rəsmi nümayəndə qeyd edib ki, bəzi şəhərlər və bölgələr barədə yayılan məlumatların hamısı dəqiq deyil və müxtəlif mənbələrdən gələn xəbərlər bir-biri ilə üst-üstə düşmür. Bu səbəbdən İran tərəfi hadisələri diqqətlə izləyir və vəziyyətin tam aydınlaşmasını gözləyir.

O vurğulayıb ki, İran regiondakı vəziyyətə ciddi yanaşır və baş verən hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Rəsmi şəxsin sözlərinə görə, İranın mövqeyi regionda sabitliyin qorunması və gərginliyin artmamasıdır.

İran rəsmisi əlavə edib ki, hadisələrin gedişatı diqqətlə izlənilir və rəsmi açıqlamalar yalnız dəqiqləşdirilmiş məlumatlar əsasında veriləcək. Onun sözlərinə görə, hazırda əsas məqsəd regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.


Telegram kanalımız
Chosen
78
50
yenisabah.az

10Sources