UEFA Çempionlar Liqasında uğurlu çıxış edən “Qarabağ” yayda bir neçə futbolçusu ilə yolları ayıracaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” əsas heyətə düşməkdə çətinlik çəkən dörd futbolçu ilə münasibətləri sonlandıracaq. Bunlar Sami Mmae, Fabian Buntiç, Ramil Şeydayev və Kris Kuakudu.
Ağdam klubunda baş verəcək ayrılıqlar yalnız bu futbolçularla bitməyəcək. sözügedən futbolçulardan başqa, Leandro Andrade, Kamilo Duran və Mateus Koxalski də yol üstədi. “Qarabağ”ın bu legionerləri Avropa klublarının diqqət mərkəzinə düşüb və onların azı ikisinin yayda klubda qalmayacaı gözlənilir.
Yerli futbolçulardan mərkəz müdafiəçisi Bədavi Hüseynovun da mövsümün sonunda karyerasını bitirəcəyi bildirilir.