EN

Tramp İranda silahlı kürd üsyanı hazırlayır

2026-cı il martın 4-də Amerika kəşfiyyatının İranda üsyan təşkil etmək üçün kürd qüvvələrinə silah tədarük etmək imkanlarını araşdırdığı məlum olub. 

“Cebheinfo.az”-ın məlumtına görə, bu barədə CNN də məlumat yayıb. Qeyd edilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi İranda xalq üsyanını qızışdırmaq məqsədilə kürd silahlı dəstələrini silahlandırmaq üzərində işləyir. 

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın müxalifət qrupları və İraqdakı kürd liderləri ilə onlara hərbi dəstək göstərmək barədə fəal danışıqlar aparır.

Kanalın mənbələrindən birinin məlumatına görə, Tramp martın 3-də İran Kürdüstanı Demokrat Partiyasının sədri Mustafa Hicri ilə danışıb. 

Xatırladaq ki, “Axios” portalı məlumatlı mənbələrə istinadən ABŞ Prezidentinin  İranın bombalanmasının başlamasından bir gün sonra İraqdakı iki əsas kürd qrupunun liderləri - Məsud Bərzani və Bafel Tələbani ilə danışdığını bildirmişdi.

Chosen
13
cebheinfo.az

1Sources