EN

Səidə Quliyeva üçün həm şad, həm də kədərli gün...

Martın 5-i Azərbaycanın Xalq artisti, tanınmış sənətkar Səidə Quliyevanın doğum günüdür. O 69 yaşını qeyd edir. 

Sənətkar doğum günü ilə bağlı təəssüratlarını “Cebheinfo.az” ilə bölüşüb:

“Demək olar ki, bütün sənət dostlarım ad günüm münasibəti ilə mənə yazırlar, təbrik edirlər. 

Mən elə bir insanam ki, hamıya hörmətlə yanaşmışam və onun da qarşılığını hər zaman görmüşəm. Mənim bütün sənət dostlarım, mənim üçün əziz olan insanlar bu gün məni təbrik edirlər. 

 69 yaşım olur və bu, böyük bir yaşdır. Geriyə baxanda görürəm ki, uğurlarım da, çətinliklərim də olub. Baxmayaraq ki, doğum günümdür, bu gün həm də mənim üçün ağır gündür. 

Keçən ilin bu günü- martin 5- də mən anamı itirdim və bu gün həm anamın ilidir, həm də mənim doğum günümdür. Amma ne etməli? Allah necə rəva bilibsə, elə də edib. Məni dünyaya gətirən insan məhz həmin gündə dünyasını dəyişdi". 

Sevimli sənətkarımız bildirib ki, həyat davam edir və yaşamaq lazımdır: "Mən pessimist insan deyiləm, həmişə həyatın yaxşı çağlarında sevinən insanam. Məni sevən, təbrik edən, diqqət göstərən hər kəsə təşəkkür edirəm".

“Cebheinfo.az” olaraq Azərbaycanın teatr və kino sənətində xüsusi yeri, çəkisi olan dəyərli sənətkarımızı təbrik edirik.

Chosen
11
1
cebheinfo.az

2Sources