EN

İran XİN-dən Naxçıvana dron hücumu ilə bağlı AÇIQLAMA

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Unikal"ın məlumatına görə, XİN rəsmisi Azərbaycanın AnewZ kanalına açıqlamasında deyib ki, bu hadisə mütləq araşdırılmalıdır.

Nazir müavini qeyd edib ki, İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır. Nazir müavininin sözlərinə görə, məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir.

Chosen
9
15
unikal.az

10Sources