EN

Pakistan Yaxın Şərqdəki gərginliyə qoşulmayacaq

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Pakistan İran, İsrail və ABŞ arasındakı münaqişəyə birbaşa müdaxilə etməkdən ehtiyat edir.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbərə görə, Pakistan federal hökuməti bunu Baş nazir Şahbaz Şərifin iqamətgahında siyasi partiya və parlament fraksiya liderləri üçün keçirilən qapalı brifinqdə açıqlayıb.

"The Express Tribune" qəzetinin Şərifin görüşdə dediyi sözlərə istinadən verdiyi məlumata görə, Pakistan Yaxın Şərq münaqişəsinə qarşı ehtiyatlı mövqe tutacaq və gərginliyin azaldılması üçün diplomatik səylər göstərəcək. Bildirilib ki, Pakistan hökuməti regiondakı vəziyyəti normallaşdırmaq yolları ilə bağlı münaqişə tərəfləri ilə məsləhətləşmələr aparır.

Pakistanın hüquq naziri Əzəm Nazir Tararın sözlərinə görə, rəsmi İslamabad suverenlik və təhlükəsizlik məsələlərində siyasi müdaxilə olmadan Yaxın Şərqdə dinc dialoqu davam etdirməyə sadiqdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
oxu.az

4Sources