EN

Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti barədə RƏSMİ AÇIQLAMA

İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Chosen
25
15
ikisahil.az

10Sources