ain.az, Azertag portalına istinadən məlumat yayır.
İstanbul, 5 mart, AZƏRTAC
İstanbulda Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı və bu şəhərin Sənaye Palatasının dəstəyi ilə iftar proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iftar proqramında Türkiyənin aparıcı səhiyyə və əczaçılıq şirkətləri, özəl qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib.
Mərasimdə Azərbaycanda sərmayədarlara təqdim olunan təşviq və güzəştlər, eləcə də səhiyyə və əczaçılıq sektorunda əməkdaşlıq və investisiya perspektivləri barədə təqdimat keçirilib,iştirakçıların sualları cavablandırılıb.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul





Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.