EN

İrandan açıqlama: "Qonşulara deyil, ABŞ bazalarına hücum edirik" - Amma Naxçıvanda hava limanı vuruldu

"İran qonşularını hədəf almır, yanlız bölgədəki ABŞ bazalarına hücum edir".

Missiya.Az "Mehr"ə istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə deyib.

İranın regiondakı son hərəkətlərinin özünü müdafiə etmək üçün olduğunu deyən nazir əlavə edib ki, İranın qonşu ölkələrlə heç bir düşmənçiliyi və ədavəti yoxdur və bu ölkələrə hücum etmək niyyəti də yoxdur.

O, İranın bölgədəki ABŞ bazalarına hücum etdiyini və ölkənin bütün qonşu dövlətlərin suverenliyinə hörmət etdiyini vurğulayıb.

Bəqayi qeyd edib ki, bölgədə baş verənlər İranın beynəlxalq qanunların 51-ci maddəsi və BMT Nizamnaməsi çərçivəsində özünü müdafiəsidir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
18
missiya.az

1Sources