EN

İran Naxçıvan aeroportunu BU DRONLA VURUB - FOTO

İranın Azərbaycana hücumu “Shahed” pilotsuz təyyarəsi ilə deyil, uzaq mənzilli “Arash-2” raketi vasitəsilə baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, İran silahlı qüvvələri tərəfindən İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bir dron Naxçıvan hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücum nəticəsində hava limanının binasına zərər dəyib və iki nəfər mülki şəxs xəsarət alıb.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib və müvafiq etiraz notası təqdim olunacaq.

Musavat.com

Chosen
82
50
musavat.com

10Sources