ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"İranın regiondakı son hərəkətləri "özünümüdafiə" bəndi çərçivəsindədir. İranın qonşu ölkələrlə heç bir düşmənçiliyi yoxdur və onlara hücum etmək niyyəti də yoxdur".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə deyib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İran hərbi qüvvələri yalnız Amerika bazalarını hədəf alır.
Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Nəticədə 2 nəfər xəsarət alıb. İranlı diplomatın bu açıqlaması Naxçıvana edilən hücumdan əvvəl olub.
Azərbaycan XİN dron hücumuna sərt reaksiya verərək, müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını açıqlayıb.
Xatırladaq ki, bundan bir gün əvvəl İranın Türkiyəyə atdığı ballistik raket də havada zərərsizləşdirilmişdi.
Ağarza Elçinoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.