EN

“Beşiktaş” və “Fənərbağça” 1/4 finala yüksəldi

Türkiyə Kubokunda 4-cü turun oyunları keçirilib.

"Unikal" xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Rizespor”u 4:1 hesabı ilə məğlub edib. İstanbul klubunun qollarını Mikael Murilyo, Salih Uçan, O Hyun Kyu və Kartal Yılmaz vurublar.

C qrupunda çıxış edən “Beşiktaş” 4 oyundan sonra 10 xal toplayaraq 1/4 finala vəsiqə qazanıb. Qrupun digər matçında isə “Fənərbağça” səfərdə “Qaziantep”i 4:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.

Digər qarşılaşmalarda “Beyoğlu Yeni Çarşı” “Kocaelispor”u 1:0 hesabı ilə üstələyib, “Erzurumspor” isə “Keçiörengücü”nə 4:2 hesabı ilə qalib gəlib.

Chosen
38
6
unikal.az

10Sources