EN

KİV: İran Naxçıvana “Arash-2” PUA-sı ilə hücum edib – FOTO

İranın Azərbaycana hücumu "Şahed" pilotsuz təyyarəsi ilə deyil, uzaq mənzilli "Arash-2" ilə həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, martın 5-də İrandan Naxçıvan ərazisinə dron hücumu olub. Hücum nəticəsində iki mülki şəxs xəsarət alıb.
 

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.


Məlumat üçün bildirək ki, Arash 2 UAV İran tərəfindən hazırlanmış “kamikadze” tipli pilotsuz uçuş aparatıdır. Bu dron əsasən uzaq məsafədən strateji hədəflərə zərbə endirmək üçün hazırlanıb və hədəfə çırpılaraq partlayır.


Bizim.Media

Chosen
78
50
bizim.media

10Sources