İngiltərə Futbol Assosiasiyası (İFA) premyer-liqanın 24-cü turunun “Çelsi” – “Vest Hem” matçında (3:2) baş verən insidentlə bağlı ölçü götürüb. Futbol qurumu kütləvi dava ilə bağlı qərarını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, qurumun saytının məlumatına görə, Müstəqil Tənzimləmə Komissiyası hər iki klubu intizamsızlığa görə böyük məbləğdə cərimələyib.
İttihama əsasən, “Çelsi” bu il yanvarın 31-də keçirilən matçın 90+5-ci dəqiqəsindəoyunçularının qeyri-etik və təxribatçı davranışlarının, “Vest Hem” isə üzvlərinin aqressiv hərəkətlərinin qarşısını ala bilməyib. Hər iki klub irəli sürülən ittihamları qəbul edib. Keçirilən dinləmələrdən sonra komissiya “Çelsi”ni 325 min funt sterlinq, “Vest Hem”i isə 300 min funt sterlinq məbləğində cərimələyib.