EN

İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı – NOTA TƏQDİM EDİLƏCƏK

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.

Xatırladaq ki, İrandan atılan 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Bizim.Media

Chosen
17
34
bizim.media

10Sources