EN

“Müasirlik” nikahdankənar uşaqların artmasıdır?

Cəmiyyət gözümüzün qarşısında ailə dəyərlərini ayaqlar altına atır. 

Hətta vətəndaşların milli kimlikdən bir qismi də ailə məsuliyyəti qarşısında susur və ya geri çəkilir. Texnologiya, sosial şəbəkələr bu aşınmanı sürətləndirən əsas alətlərə çevrilib. İşin ən pis tərəfi isə bu prosesi “müasirlik” və ya “yeni ailə modeli” adı ilə ört-basdır etməyə çalışanlardır. Əslində, söhbət məhz məsuliyyətsizliyin normallaşdırılmasından gedir. Nəticədə, nikahdankənar doğulan uşaqların sayı hər il daha da artır. Məsələn, 2025-ci ildə 11 min 558 nikahdankənar doğulmuş uşaq qeydiyyata alınıb. Bu isə olduqca böyük rəqəmdir...

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, son dövrlərdə cəmiyyətdə nikahdankənar münasibətlər adi qarşılanan davranışa çevrilməkdədir: 


“Hər nə qədər ailə institutunun vacibliyi tez-tez vurğulansa da, həmin ailələrin hansı əsaslar üzərində qurulduğu məsələsi çox vaxt diqqətdən kənarda qalır. Hətta bəzi evliliklər qarşılıqlı sevgi yox, valideyn qərarı və ya sosial məcburiyyət nəticəsində baş tutur”. 

Onun sözlərinıə görə, bəziləri isə münasibəti hisslərə deyil, maddi hesablamalara söykəyir:
“Orta yaş dövrünə çatdıqdan sonra maddi imkanları genişlənən bəzi kişilər paralel münasibətlərə yönəlirlər. Üstəlik, bunu özləri üçün problem belə saymırlar. Ümumiyyətlə, nikahdankənar uşaqların sayının artması tək bir səbəblə izah olunmur. Bu, iqtisadi reallıqlar, dəyişən sosial dəyərlər, rəsmi nikaha münasibətin transformasiyası və fərdi məsuliyyət məsələlərinin birgə nəticəsidir”. 

Günel Cəlilova
 

Chosen
31
50
hit.az

10Sources