Transferdən sonra Zeki Çelik “Roma” kimi böyük klubun formasını geyinməyin onun üçün böyük qürur olduğunu deyib. Klub rəsmiləri isə türk futbolçunun həm təcrübəsi, həm də oyun keyfiyyətləri ilə komandaya ciddi güc qatacağına inandıqlarını vurğulayıblar. Yerli media da bu transferə geniş yer ayırıb, Zekinin ünvanına xoş sözlər yazıb.
Müdafiəçinin yeni mövsümdə “Roma”nın əsas heyətinin vazkeçilməz oyunçusu olacağı gözlənilir.