EN

SEPAH: ABŞ Hörmüz boğazından keçən gəmiləri müşayiət edə bilməyəcək...

Al Mayadeen: İran tərəfi Trampın körfəzdə qalan gəmiləri xilas etmək və boğazı açmaq imkanının olmadığını iddia edir...

Poliqon xəbər verir ki, Al Mayadeen telekanalının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin komandanlığı ABŞ-nin Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət etmək imkanının olmadığını bəyan edib.

SEPAH nümayəndələrinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın körfəzdəki vəziyyətə müdaxilə edərək gəmiləri qorumaq və boğazda gəmiçiliyi təmin etmək imkanları məhduddur. Onlar iddia ediblər ki, Vaşinqton öz donanmasını bölgəyə göndərməklə vəziyyəti dəyişə bilməyəcək.

İran tərəfi açıqlamasında bildirib ki, “Tramp öz donanmasını Fars körfəzində tələyə düşmüş gəmiləri xilas etmək və ya Hörmüz boğazını açmaq üçün göndərə bilməyəcək”. SEPAH rəsmiləri həmçinin ABŞ prezidentinin daha əvvəl verdiyi bəyanatlara da toxunublar.

“Tramp deyir ki, ‘lazım gələrsə gəmiləri müşayiət edəcəyik’. İndi məhz belə bir vəziyyətdir, cənab Tramp. Buyurun və bu gəmiləri müşayiət edin”, – deyə SEPAH nümayəndələri bildiriblər.

Ekspertlərin fikrincə, Hörmüz boğazı ətrafında gərginliyin artması qlobal enerji və ticarət marşrutları üçün ciddi risk yaradır. Qeyd olunur ki, dünya neft tədarükünün əhəmiyyətli hissəsi məhz bu strateji dəniz keçidi vasitəsilə daşınır və burada hərbi qarşıdurma ehtimalı beynəlxalq bazarlara birbaşa təsir göstərir.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources