EN

Vətən müharibəsindən sonra 831 itkinin qalıqları TAPILIB

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən dərhal sonra - 2021-ci ilin fevral ayından etibarən işğaldan azad ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanıllb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-ın sorğusuna verilən cavabda bildirilib.

Qeyd edilib ki, 01.01.2026-cı il tarixə olan məlumata əsasən, 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

20.02.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib.

Chosen
17
2
turkustan.az

3Sources