EN

Çindən 1990-cı illərdən bu yana ən aşağı iqtisadi artım hədəfi

Çin, cümə axşamı 2026-cı il üçün ümumi daxili məhsul (ÜDM) artımı üzrə hədəfini 4,5% – 5% aralığında müəyyən edib.

Marja xəbər verir ki, cümə axşamı dərc olunan hökumətin hesabatında yer alan bu hədəf, son üç ildə müəyyən edilən “təxminən 5%” artım hədəfindən daha aşağı səviyyədir. Pandemiya səbəbindən artım hədəfinin müəyyən edilmədiyi 2020-ci il istisna olmaqla, bu göstərici dünyanın ikinci böyük iqtisadiyyatı üçün indiyə qədərki ən aşağı hədəf kimi qeydə alınıb.

Pekin həmçinin büdcə kəsiri hədəfini, keçən il olduğu kimi "ÜDM-in təxminən 4%” səviyyəsində sabit saxlayıb.

Çin illik inflyasiya hədəfini “təxminən 2%” səviyyəsində saxlayıb. İlk dəfə 2025-ci ildə müəyyən edilən bu hədəf, son iyirmi ildən artıq müddətin ən aşağı inflyasiya hədəfi olaraq diqqət çəkir və Pekinin zəif daxili tələbi dolayı yolla qəbul etdiyini göstərir.

Çin Baş naziri Li Qianq hesabatda iqtisadiyyatın qarşısında duran bir çox çətinliklərə diqqət çəkib. Bunlar arasında “sürətlə dəyişən beynəlxalq ticarət və iqtisadi mühit” ilə istehlak və investisiya artımını təzyiq altında saxlayan “dərin struktur problemlər” yer alır.

Chosen
46
1
marja.az

2Sources