EN

"Azercell"in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir

Bakı. Trend:

Lider mobil operatorun qadınların sosial və iqtisadiimkanlarının genişləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyisosial layihə müsabiqəsinin qaliblərindən biri olan “Mil” Sosial vəİqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi “Robogirls”layihəsinin icrasına başlayıb. Şirkətin dəstəyi ilə Beyləqanrayonunun kənd və qəsəbələrində təhsil alan qızlar üçün STEMtəlimlərinə start verilir.

Təşəbbüs 6-7-ci sinif şagirdlərinin texnologiya və innovasiyasahələrinə marağının artırılmasına, onların rəqəmsal bacarıqlarınıninkişaf etdirilməsinə və gələcək karyera perspektivlərininformalaşmasına dəstək göstərilməsinə yönəlib.

Proqrama ümumilikdə 90 məktəbli qız müraciət edib. Seçimmərhələsində iştirakçılar informatika və süni intellekt mövzularınıəhatə edən test imtahanında biliklərini nümayiş etdiriblər.Müəllimlər və müstəqil ekspertlər tərəfindən aparılanqiymətləndirməyə əsasən, ən yüksək nəticə göstərən 30 məktəbli qıztəlimlərdə iştirak etmək imkanı qazanıb.

Təlim proqramı çərçivəsində iştirakçılar robototexnika və STEMistiqamətləri üzrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlarəldə edəcəklər. Dərslər şagirdlərin texnologiya sahəsi üzrəbiliklərinin təşviqini, analitik və yaradıcı düşünmə, eləcə dəproblem həll etmə bacarıqlarının inkişafını hədəfləyir.

Qeyd edək ki, artıq üçüncü ildir ki, "Azercell"in sosial layihəmüsabiqəsi qadınların ictimai həyatda rolunun gücləndirilməsinəyönəlmiş təşəbbüsləri dəstəkləməklə inklüziv cəmiyyətin qurulmasınatöhfə verir.

Chosen
28
16
az.trend.az

10Sources