EN

"Amerikanın buynuzunu qırmaqda qərarlıyıq" - İranın briqada generalı

"Bu gün müharibənin komandanlığı Xatəmül-Ənbiya Mərkəzi Qərargahının məsuliyyətindədir. Bu qərargahda biz əməliyyat planları hazırlayırıq. Ordu və SEPAH tərəfindən təqdim edilən planları təsdiqləyir, həyata keçirilməsi üçün onlara bildiriş göndəririk və nəticədə əməliyyatlara rəhbərlik edirik".

"Unikal" xəbər verir ki, bunu Xatəmül-Ənbiya mərkəzi qərargahının komandir müavini, İranın briqada generalı Kiyomərs Heydəri deyib. 

Heydəri düşmən tamamilə məhv edilib təslim olana qədər bu əməliyyatların davam edəcəyini vurğulayıb: "Müharibənin neçə gün davam etməsinin bizim üçün fərqi yoxdur. Biz 8 illik müharibə yaşamışıq. Məqsədlərimizə çatdıqdan, düşməni öz rüsvayçı hərəkətindən peşman etdikdən və ümidsiz hala saldıqdan sonra bu müharibəyə son qoyacağıq.

Həqiqətən də, sionist rejimin bir çox xiyaban, küçə və yerləri Qəzzanın xiyabanlarına və küçələrinə bənzəyib.

Bu gün biz amerikalılarla tarixi bir döyüşdəyik, Amerika ordusunun mövcudluğu dönəmində heç vaxt yaşamadığı utancverici bir müharibədəyik.

Raket hücumlarımız İran İslam Respublikası ordusunun strateji dronlarından istifadə etməklə həyata keçirilir. Bununla yanaşı, Amerika ilə dənizdə, havada və kosmosda ağır döyüş gedir.

Amerikalılar çox ağır və təəssüf doğuran bir cəza alacaqlar və onlar bilməlidirlər ki, İslam döyüşçülərindən güclü şillə alıblar və alacaqlar. Biz onları bölgədən təəssüf və məyusluqla qovacağıq.

Allahın lütfü ilə Amerikanın buynuzunu qırmaqda və Amerikanı məyus etməkdə qərarlıyıq. Bu müharibədən əl çəkməyəcəyik". 

General İranın Hörmüz boğazını bağlamadığını da açıqlayıb: "Biz Hörmüz boğazını bağlamamışıq və bu boğaz müharibənin daha geniş səhnəsində kiçik bir tapmacadır. Deyə bilərik ki, amerikalılar Hörmüz boğazını bağlayıblar.

Biz Hörmüz boğazında dəniz suverenliyimizi həyata keçiririk. Beynəlxalq protokollara uyğun gəmilərlə normal davranışımız var və onlarla heç bir problemimiz yoxdur. Lakin, laqeyd qalan və ya kommersiya örtüyü altında hərbi əməliyyatlar aparan istənilən gəmini vurmaq səlahiyyətimiz var".

Ağarza Elçinoğlu

Chosen
49
16
unikal.az

10Sources