EN

Küveytdə tankerdə partlayış - Neft sızması baş verib

Küveyt yaxınlığında Böyük Britaniya bayrağı altında üzən neft tankerində partlayış baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində tankerdən neft sızması qeydə alınıb və gəmi su almağa başlayıb.

Bildirilir ki, insident Küveytin Mubarak Al-Kabeer şəhərindən təxminən 55 kilometr cənub-şərqdə qeydə alınıb. Tankerin kapitanı lövbərdə dayandıqları zaman gəminin sol bortu istiqamətində güclü partlayış səsi eşitdiyini və partlayışı gördüyünü bildirib. Daha sonra hadisə yerindən uzaqlaşan kiçik bir gəmi müşahidə edildiyi qeyd olunub.

Chosen
42
far.az

1Sources