"Şəfa"nın prezidenti Sərdar Salmanzadə klubdan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan I Liqasında yarışan və hazırda lider olan klub sabiq prezidenti ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, "Şəfa" 36 xalla liderdir.
saytlarin hazirlanmasi