EN

Azərbaycan klubunda kot-d’ivuarlı hücumçu

Azərbaycan I Liqasında çıxış edən Xaçmazın “Şimal” klubu heyətini yeni legionerlə gücləndirib.

Msport.az xəbər verir ki, bölgə təmsilçisi kot-d’ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib. Hücumçunun “Şimal”ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, “Şimal” hazırda I Liqanın turnir cədvəlində 8 xalla onuncudur.

Chosen
39
msport.az

1Sources