“Sumqayıt” Azərbaycan Kubokunda “Zirə”yə məğlub olaraq turnirlə vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, bu nəticənin ardından “kimyaçılar”ın azarkeşlərinin səbr kasası dolub. Fanatlar komandalarının uğursuz gedişatına sərt təpki göstərib.
Azarkeşlər klubun sosial şəbəkə hesablarına sərt ifadələr yazıb. Onlar “Sumqayıt” rəhbəri Riad Rəfiyevə və baş məşqçi Saşa İliçə etiraz ediblər.
Xatırladaq ki, Sumqayıt təmsilçisi son 10 rəsmi oyunda cəmi bir qələbə qazanıb. Bir neçə gündür mətbuatda klubda maliyyə problemləri olduğu və futbolçuların maaşlarının verilmədiyi bildirilir.
