EN

“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub

Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti 3,87 ABŞ dolları və ya 4,49% azalaraq 82,29 ABŞ dollarına düşüb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçersləri isə 81,16 ABŞ dolları səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti 4,58 ABŞ dolları və ya 5,52% azalaraq 78,35 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Məlumata görə, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub. Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

Chosen
19
4
anews.az

10Sources