EN

Azərbaycan Yüksək Liqasında XVI turun növbəti oyunları keçiriləcək

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti qarşılaşmaları baş tutacaq.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

"Gəncə" komandası Gəncə İdman Sarayında UNEC-i qəbul edəcək. Görüş Saat 14:00-da start götürəcək.

Növbəti görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər" və "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Kişi voleybolçuların mübarizəsində isə saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.

Chosen
28
1
xalqqazeti.az

8Sources