EN

Bu gün universitet və kolleclərə qəbul imtahanı üçün qeydiyyat bitir

Bakı. TurkicWorld:

Ali təhsil müəssisələrinə (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2026-cı il fevralın 18-də başlanan ərizə qəbulu bu gün bitir.

TurkicWorld Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilər.

Hazırda universitet və kolleclərə qəbul üzrə ümumilikdə 129186 nəfər qeydiyyatdan keçib.

Bunlardan 125 775 nəfər ali məktəblər, 116 685 nəfər isə kolleclər üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2025-ci il buraxılış və ya test imtahalarının 1-ci mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulanların sayı 2734 nəfər, 2025-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 1138 nəfərdir.

Chosen
23
10
turkic.world

10Sources