EN

Liverpul 120 milyon funt sterlinq itirə bilər

ain.az, Oxu.az saytına istinadən bildirir.

İngiltərənin "Liverpul" klubu cari mövsümün sonunda UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməyəcəyi təqdirdə böyük maliyyə itkisi ilə üzləşə bilər. Mersisayd təmsilçisinin bu uğursuzluq nəticəsində 120 milyon funt sterlinq gəlirdən məhrum olacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbə qeyd edir ki, qitənin ən nüfuzlu klub turnirindən kənarda qalmaq "Liverpul"un büdcəsinə ciddi zərbə vura bilər. Buna baxmayaraq, ötən yay transfer pəncərəsində xərclənən böyük vəsaitlərə rəğmən, "Liverpul"un ümumi maliyyə vəziyyəti hələ də sabitliyini qoruyur.

Hazırda "Liverpul" İngiltərə Premyer Liqasında (İPL) gərgin mübarizəsini davam etdirir. Mersisaydlılar 48 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
108
oxu.az

1Sources