22 aprel 2026-cı il tarixdə "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.
Marja xəbər verir ki, bu barədə Bankın bildirişində deyilir.
İclası gündəliyi ictimaiyyətə açıqlanmayıb.
"İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar",- bildirişdə qeyd olunub.
"Bank of Baku" ASC-nin nizamnamə kaitalının 31%-i Hikmət Əbuzər oğlu İsmayılova, 5%-i Elçin Həmid oğlu İsayevə, 35%-i "Nab Holding Anonim Şirkəti"nə,29%-i "Azpetrol Neft Şirkəti" MMC-yə məxsusdur.