EN

Küveyt yaxınlığında tankerdə partlayış: Neft sızması qeydə alındı

BAKI, 5 mart. TELEQRAF

Küveyt sahilləri yaxınlığında tankerdə baş verən partlayış nəticəsində neft sızması qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, hadisə Küveytin Mübarək əl-Kəbir şəhərindən təxminən 30 dəniz mili (təxminən 55 km) cənub-şərqdə qeydə alınıb. Lövbər salmış tankerin kapitanı sol bort tərəfdə güclü partlayış gördüyünü və eşitdiyini bildirib. Onun sözlərinə görə, partlayışdan sonra kiçik bir gəmi hadisə yerindən uzaqlaşıb.

Bildirilib ki, yük çənindən dənizə neft axır və bu, müəyyən ekoloji fəsadlara səbəb ola bilər. Bununla yanaşı, gəminin su qəbul etdiyi, lakin yanğının baş vermədiyi qeyd olunub. Ekipaj üzvlərinin isə təhlükəsiz olduğu vurğulanıb.

Chosen
55
teleqraf.com

1Sources