EN

İspaniya Kuboku: “Real Sosyedad” finalda

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 mart, AZƏRTAC

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Real Sosyedad” və “Atletik” arasında cavab oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, San Sebastyandakı “Real Arena” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal qələbəsi ilə bitib – 1:0.

Görüşdə yeganə qolu “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal vurub. O, matçın 87-ci dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 11-də Bilbaodakı “San Mames Barria” stadionunda keçirilmiş və həmin görüşdə də “Real Sosyedad” 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə ümumi hesab 2:0 olub və San Sebastyan təmsilçisi Kral Kubokunun finalına yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
azertag.az

2Sources