EN

Çin cari ildə iqtisadi artımı 4,5 5 faiz civarında hədəfləyib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 5 mart, AZƏRTAC

Çin hökuməti cari ildə ümumi daxili məhsulun (ÜDM) artımını 4,5-5 faiz civarında hədəfləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 4-cü sessiyasının açılışında hökumətin hesabatını təqdim edərkən bildirib.

Hökumətin hesabatında 2026-cı ildə inflyasiyanın 2 faiz olacağı proqnozlaşdırılıb.

Baz nazir bildirib ki, hökumətin işsizlik hədəfi ötən il olduğu kimi 5,5 faizdir. Cari ildə 12 milyondan çox yeni iş yerinin açılması nəzərdə tutulub.

Qeyd edək ki, ötən il Çin iqtisadiyyatı 5 faiz artıb, 12 milyon yeni iş yeri yaradılıb. Başqa sözlə, hökumət proqnozlaşdırdığı hədəflərə nail olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
azertag.az

2Sources