EN

Hər səhər acqarına bundan içməklə 122 il yaşadı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünyanın rəsmi qeydiyyata alınmış ən yaşlı insanı Jan Kalmanın 122 illik ömrü hələ də tibb dünyasını heyrətə salmağa davam edir. 1875-ci ildə doğulub 1997-ci ilə qədər yaşayan bu fransız qadın uzunömürlülüyünün sirrini iki əsas qidada görürdü: zeytun yağı və şokolad.Demokrat.az xəbər verir ki, Jan Kalman hər səhər acqarına zeytun yağı qəbul edirdi. Müasir tədqiqatlar da sübut edir ki, zeytun yağı antioksidantlarla zəngindir və tərkibindəki doymamış yağ turşuları ürək-damar sağlamlığını qoruyur. Harvard Universitetinin araşdırmalarına görə mütəmadi olaraq bu yağdan istifadə edən insanlarda vaxtından əvvəl ölüm riski, xərçəng və neyrodegenerativ xəstəliklərin ehtimalı xeyli azalır. Ekspertlər sağlam həyat tərzi üçün gündə bir və ya iki xörək qaşığı zeytun yağı istehlak etməyi kifayət hesab edirlər.Uzunömürlü qadının digər sevimli qidası isə şokolad idi. Tünd şokolad beyin funksiyalarını yaxşılaşdıran, hüceyrələri iltihabdan qoruyan və immuniteti gücləndirən maddələrlə zəngindir. Xüsusilə tərkibindəki dəmir, maqnezium və sink bədənin müqavimətini artırır. Lakin mütəxəssislər şokoladın artıq çəki yaratmaması üçün ölçülü şəkildə yeyilməsini məsləhət görürlər. Araşdırmalar göstərir ki, gündəlik 28-50 qram tünd şokolad sağlamlıq üçün lazım olan faydanı təmin edir.Jan Kalmanın həyat tərzi göstərir ki, bahalı prosedurlar yox, düzgün seçilmiş təbii qidalar ömrü uzada bilər. Zeytun yağının iltihab əleyhinə təsiri ilə şokoladın hüceyrə yeniləyici gücü birləşdikdə bədən xəstəliklərə qarşı daha dözümlü olur. Yenə də hər hansı ciddi xəstəliyi olanların bu tip qidalanma vərdişlərinə başlamazdan əvvəl ekspertlə məsləhətləşməsi vacibdir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
demokrat.az

1Sources