EN

Zelenski: ABŞ-İran gərginliyi danışıqlara təsir etdi

BAKI, 5 mart. TELEQRAF

ABŞ-nin iştirakı ilə Rusiya və Ukrayna arasında aparılan sülh danışıqları hazırda dayandırılıb.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açılayıb.

O bildirib ki, fasiləyə səbəb İsrail və ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatdır.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət səbəbindən üçtərəfli görüş üçün zəruri siqnallar hazırda mövcud deyil.

“Lakin təhlükəsizlik vəziyyəti və ümumi siyasi kontekst məhz həmin üçtərəfli diplomatik işi davam etdirməyə imkan verən kimi, bu həyata keçiriləcək”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, o, daha əvvəl Yaxın Şərqdə sabitliyin təmin olunmasına yardım təklif edib.

Chosen
29
teleqraf.com

1Sources